Zooparkda dəhşət: Pələng oğlanı parçaladı

Zooparkda dəhşət: Pələng oğlanı parçaladı

Hazırda oxunan: Zooparkda dəhşət: Pələng oğlanı parçaladı

56223
Hindistanda zooparkda pələng 20 yaşlı gənci parçalayıb.

Hadisə Dehli şəhərində baş verib. Belə ki, gənc oğlan pələngin saxlanıldığı qəfəsə daxil olub. Bəzi məlumatlara görə o, içkili olub. Gənc oğlanın qəfəsə girdiyini görən pələng qəfildən ona hücum edib və onu parçalamağa başlayıb.

Ətrafdakı insanlar ona kömək etmək istəsələr də bu heç bir nəticə verməyib. Kadrlardan aydın görünür ki, oğlana yaxınlaşan pələng onu tutaraq öz yuvasına tərəf çəkməyə başlayır. Ətrafdakı insanlar isə ağac və daşlarla pələngi vursalar da yırtıcı heyvan "şikar"ından əl çəkmək firkində olmayıb.

15-20 dəqiqədən sonra hadisə yerinə zooparkın təhlükəsizlik əməkdaşları gəlir. Lakin onlar pələngin yuvasında olan gənc oğlanı xilas edə bilməyiblər.(ans)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO