Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Almaniya Xarici İşlər Nazirliyinin nümayəndə heyətini amerikalılarla səhv salıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yer alıb.
“Biz təbii ki, Rusiya-Amerika münasibətlərinin daha konstruktiv vəziyyətini görmək istərdik...”, – Lavrov bildirib.
Mənbə qeyd edir ki, danışıqlar zamanı tərcüməçi nazirin səhvini düzəldərək belə tərcümə edib: “...yeni Almaniya hökuməti ilə daha konstruktiv münasibət...”.
Xatırladaq ki, bu gün Almaniya və Rusiya Federasiyası XİN rəhbərləri Annalena Burbok və Sergey Lavrovun görüşü başlayıb.
Burbok Lavrovla ilk danışıqlarını keçirir. Əsas mövzunun Ukrayna nizamlanması, Rusiyanın təhlükəsizlik zəmanətləri və Rusiya-Avropa İttifaqı münasibətlərinin sabitləşməsi ilə bağlı təklifləri olacağı gözlənilir.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok Moskvada naməlum əsgərin məzarına gül dəstələri qoyub.
Bizim.Media