Rusiya hərbçilərinin növbəti qrupu Qazaxıstandan çıxarıldı

Rusiya hərbçilərinin növbəti qrupu Qazaxıstandan çıxarıldı

Hazırda oxunan: Rusiya hərbçilərinin növbəti qrupu Qazaxıstandan çıxarıldı

55934

Ötən sutka ərzində Rusiya Hərbi Kosmik Qüvvələrinin 40 təyyarəsi rus hərbçilərinin növbəti qrupunu Qazaxıstandan Moskva və Ulyanovsk vilayətlərinin aerodromlarına gətirib.

Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi aerodromlarda təşkil olunan qarşılama mərasimindən sonra hərbçilər və texnika daimi dislokasiya məntəqələrinə yola düşüb.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin tərkibinə daxil olan Rusiya hərbçilərinin Qazaxıstandan çıxarılması və daimi dislokasiya məntəqələrinə qaytarılması prosesinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO