Kanada Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Ukraynaya səfərlə bağlı tövsiyələrdə dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü, yanvarın 16-da nazirliyin mətbuat xidmətindən məlumat verilib.
"Biz Ukrayna üçün risk səviyyəsini dəyişdik. Rusiyanın davam edən təcavüzü, ölkə daxilində və onun ətrafında hərbi güclənməsi səbəbindən Ukraynaya qeyri-vacib səfərlərdən çəkinin", - Ukrayna KİV-i Kanada Xarici İşlər Nazirliyinə istinadən yazır.
Xarici İşlər Nazirliyi, həmçinin Kanada vətəndaşlarını vacib olmayan məqsədlərlə, o cümlədən Sevastopol və Simferopol hava limanları, həmçinin Donetsk və Luqansk vilayətləri vasitəsilə Krıma getməməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:01 / 17.01.2022
Kanadadan vətəndaşlarına tövsiyə: Ukraynaya səfər etməyin
Hazırda oxunan: Kanadadan vətəndaşlarına tövsiyə: Ukraynaya səfər etməyin
Hazırda oxunan: Kanadadan vətəndaşlarına tövsiyə: Ukraynaya səfər etməyin
55690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.