Qış Olimpiya Oyunlarının açılışı günü - fevralın 4-də Pekində keçiriləcək Rusiya-Çin sammitinə hazırlıq tam sürətlə davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov bildirib:
“Rəsmi Rusiya-Çin sammitini hazırlayırıq”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Olimpiya Oyunlarının açılışı günü, fevralın 4-də Pekinə səfər edəcək və genişmiqyaslı danışıqlar aparacaq.
Səfər Çin lideri Si Cinpinin dəvəti ilə baş tutacaq.
Bizim.Media