Koronavirusun müalicəsi üçün 2 yeni dərman – ÜST AÇIQLADI

Koronavirusun müalicəsi üçün 2 yeni dərman – ÜST AÇIQLADI

Hazırda oxunan: Koronavirusun müalicəsi üçün 2 yeni dərman – ÜST AÇIQLADI

55348

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 xəstələrinin müalicəsi üçün iki yeni preparatı tövsiyə ediblər.

Bizim.Media-nın məlumatına görə, bu barədə ÜST-ün bəyanatında bildirilir.

"Eli Lilly and Company" şirkətinin istehsalı olan barisitinib və "GlaxoSmithKline Xevudy"nin məhsulu olan sotrovimab ÜST ekspertləri tərəfindən səmərəli hesab olunub.

Revmatoid artrit üçün də istifadə olunan barisitinib preparatının kortikosteroidlərlə birgə xəstəliyin ağır formalarında qəbul olunması tövsiyə olunur.

Sotrovimab preparatının isə xəstəliyin yüngül keçən formalarında qəbulu məsləhət görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO