Türkiyənin Tuzla şəhərində bir restoranda silahlı basqın nəticəsində öldürülən 29 yaşlı vəkil Dilarə Yıldızın sosial media hesabında təhdid dolu mesajları paylaşdığı məlum olub.
Bizim.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Tuzla Cami Məhəlləsindəki bir restoranda baş verib.
İddialara görə, 29 yaşlı vəkil Dilarə Yıldız keçmiş nişanlısı 29 yaşlı Oktay Dönmez ilə restoranda oturubmuş.
Müzakirə zamanı Dönmez tapança ilə Dilarə Yıldıza dəfələrlə atəş açıb. Hadisə yerində həyatını itirən Dilarə Yıldızın meyiti aparılan müayinələrdən sonra məhkəmə tibb müəssisəsinə təhvil verilib. Şübhəli şəxs isə hadisə yerinin yanındakı polis bölməsinə gedərək təslim olub.
Hadisədən əvvəl Oktay Dönmezin Dilarə Yıldıza təhdid mesajları göndərdiyi iddia edilib. O, Yıldıza “Bu həyatda çox vaxtın yoxdur” mesajını yazıb.
Mesajları sosial media hesabından paylaşan Yıldız "Üzr diləmək və buradan cavab vermək istəyirəm. Əvvəla, xarici nömrədən yazırsan və şikayət etsəm də tapa bilməyəcəyini düşünürsən. Rahat ol, səni necə tapacağımı öyrədəcəm”.
Bizim.Media