ABŞ-da koronavirusla bağlı GÜNLÜK REKORD: 1,13 milyondan çox yoluxma var

ABŞ-da koronavirusla bağlı GÜNLÜK REKORD: 1,13 milyondan çox yoluxma var

Hazırda oxunan: ABŞ-da koronavirusla bağlı GÜNLÜK REKORD: 1,13 milyondan çox yoluxma var

54810

Bazar ertəsi, yanvarın 10-da ABŞ-da 1,13 milyondan çox yeni koronavirusa yoluxma halı aşkar edilib. 

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu, pandemiyanın başlanmasından bəri bütün dünya ölkələri arasında rekord gündəlik artımdır.

Mənbə qeyd edir ki, ölkənin heç də bütün ştatları son sutka ərzində insidentlə bağlı məlumatları dərc etməyib və son rəqəmin daha yüksək olacağı ehtimal edilir. 

Əvvəlki rekord yanvarın 4-də amerikalı həkimlərin omikron ştamının yayılması kontekstində qeydə alınıb. Həmin gün 1 milyondan çox yoluxma olub. Bundan əvvəl, ekspertlər 590 minə yaxın koronavirusa yoluxma halını aşkar edən dekabrın son gününü də rekord göstərici kimi elan ediblər.

Agentliyin statistikasına görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayı 132 646 nəfərə çatıb və 132 051 xəstə ilə ötən ilin yanvar rekordunu qırıb.

Məlumatlar real vəziyyəti əks etdirməyə bilər, çünki bir çox amerikalı evdə koronavirus testləri aparır və nəticələri aparıcı statistika agentliklərinə bildirmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO