Qazaxıstandakı “mavi dəbilqəlilər” BMT-nin xoşuna gəlməyib – SƏRT ETİRAZ - FOTO

Qazaxıstandakı “mavi dəbilqəlilər” BMT-nin xoşuna gəlməyib – SƏRT ETİRAZ - FOTO

Hazırda oxunan: Qazaxıstandakı “mavi dəbilqəlilər” BMT-nin xoşuna gəlməyib – SƏRT ETİRAZ - FOTO

54798

BMT Qazaxıstan təhlükəsizlik qüvvələrinin BMT-yə bənzər mavi dəbilqə taxmış fotoşəkillərinin ortaya çıxması ilə bağlı Qazaxıstanın Daimi Nümayəndəliyinə müraciət edib. 

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

Dujarrik bildirib ki, BMT “son günlər Qazaxıstanda “BMT dəbilqələri” taxmış təhlükəsizlik qüvvələrinin nümayəndələrinin şəkillərinin yayılmasının mənbəyini yoxlayır.

O, qeyd edib ki, BMT simvollarından yalnız BMT sülhməramlılarının mandatının yerinə yetirildiyi və iştirakının BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyi halda istifadə edilməlidir.

Diplomatın sözlərinə görə, BMT Qazaxıstanın daimi nümayəndəliyi ilə “narahatlığını bölüşüb”:

“Qazaxıstanın BMT-dəki daimi nümayəndəliyi təşkilatı əmin edib ki, bu ölkədə fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinin BMT-yə oxşar mavi dəbilqələrdən istifadə etməsi məsələsi iğtişaşlardan sonra öz həllini tapıb”. RBK telekanalı mesajdan sitat gətirib.
Xatırladaq ki, Qazaxıstanda çəkildiyi iddia edilən hərbçilərin fotosunu britaniyalı jurnalist Jake Hanrahan “Twitter”də yerləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO