Azərbaycanlı qazi medalını “Kurtlar Vadisi”nin aktyoruna bağışladı - FOTO

Azərbaycanlı qazi medalını “Kurtlar Vadisi”nin aktyoruna bağışladı - FOTO

Hazırda oxunan: Azərbaycanlı qazi medalını “Kurtlar Vadisi”nin aktyoruna bağışladı - FOTO

54783

Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi taborunun döyüşçüsü, “Paşa” ləqəbli ehtiyatda olan baş gizir Banipaşa Əvəz “Kurtlar Vadisi”inin aktyorları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, türkiyədə səfərdə olan azərbaycanlı qazilər aktyorlar - Oktay Kaynarca və Necati Şaşmaz ilə görüşüb.

Banipaşa Əvəz Oktay Kaynarcaya medalını hədiyyə verib.  

Bu barədə “Instagram”da paylaşım edən Oktay Kaynarca qazi ilə fotosuna bu sözləri yazıb:

“Dünən axşam Qarabağ qazisi olan qardaşlarımla bir arada idik. Qardaşlardan Banipaşa Əvəz sinəsindəki cəsarət medalını çıxarıb döşümə taxdı. Həmişə qəlbimizin üstündə qalacaqsınız”. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO