Hulusi Akar: “Nargin adasında əsgərlərimiz azərbaycanlıların köməyi sayəsində sağ qaldılar”

Hulusi Akar: “Nargin adasında əsgərlərimiz azərbaycanlıların köməyi sayəsində sağ qaldılar”

Hazırda oxunan: Hulusi Akar: “Nargin adasında əsgərlərimiz azərbaycanlıların köməyi sayəsində sağ qaldılar”

54539

Dostlarımızı, qardaşlarımızı və müttəfiqlərimizi, xüsusilə Azərbaycan və Liviyanı dəstəkləyərkən dünyada sülhə tövhə veririk.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatında həlak olanların anım mərasimində deyib.

Nazirin çıxışı müdafiə nazirliyi tərəfindən yayılıb.

O bildirib ki, tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə kədərdə, sevincdə bir yerdə olmağa davam edəcəyik.

“Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər”, - deyə Akar qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO