Sabah  KTMT ölkələri liderlərinin videokonfransı keçiriləcək - PAŞİNYANIN TƏKLİFİ

Sabah  KTMT ölkələri liderlərinin videokonfransı keçiriləcək - PAŞİNYANIN TƏKLİFİ

Hazırda oxunan: Sabah  KTMT ölkələri liderlərinin videokonfransı keçiriləcək - PAŞİNYANIN TƏKLİFİ

54515

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin videokonfransı ilkin olaraq bazar ertəsinə planlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan hökumətinin mətbuat xidməti RİA Novosti-yə bildirib.

"Sabah KTMT-nin ilkin iclasının keçirilməsi planlaşdırılır", - agentliyin həmsöhbəti deyib.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putinlə telefon danışığında bildirmişdi ki, İrəvan təşkilatın sədri kimi Kollektiv Təhlükəsizlik Şurasının iclasını çağırır. Bu təkliflə daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də çıxış edib. 

İğtişaşlar fonunda o, KTMT müttəfiqlərindən hərbi yardım istəyib. Qırğızıstan, Ermənistan, Rusiya, Belarus və Tacikistan respublikaya kollektiv sülhməramlı qüvvələr göndərib. Birləşmiş qrupa Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov rəhbərlik edir.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb, ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinlərinin narazılığına səbəb avtomobillərə yanacaq doldurmaq üçün istifadə olunan maye qazın qiymətinin iki dəfə artması olub. Ardınca başqa şəhərlərdə də insanlar küçələrə axışıb, respublikanın təhlükəsizlik qüvvələri ilə bir neçə dəfə toqquşmalar olub, hər tərəfdən qurbanlar var.

Hakimiyyətin yaraqlı və ya terrorçu adlandırdığı hadisələrin iştirakçıları bir neçə dəfə inzibati binalara və polis idarələrinə basqın etməyə cəhd göstərmiş, onlar dəf edilmişdir. BMT-nin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyi 16 təhlükəsizlik əməkdaşının öldürüldüyünü, altı minə yaxın insanın saxlandığını bildirib.

Yanvarın 19-dək bütün Qazaxıstanda fövqəladə vəziyyət qüvvədədir, hakimiyyət meydanları aksiyaların təhrikçilərindən təmizləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO