Xəbər verdiyimiz kimi, yanvarın 5-də Almatıda iğtişaşların iştirakçıları tərəfindən ölkə prezidenti Kasım Jomart-Tokayevin iqamətgahı zəbt edilib və dağıdılıb.
Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı yanvarın 6-da çəkilən görüntülər internet olmadığından bu gün yayılıb.
Mənbə qeyd edir ki, iqamətgah Respublika meydanında yerləşir. Radikallar giriş qapısını yanğınsöndürən maşınla dağıdıblar.
İndi Respublika meydanındakı bütün binalar terrorçulardan azad edilib.
Bizim.Media