Səhrada göydələn tikilir - “Şaquli şəhər” layihəsinin DETALLARI - FOTO

Səhrada göydələn tikilir - “Şaquli şəhər” layihəsinin DETALLARI - FOTO

Hazırda oxunan: Səhrada göydələn tikilir - “Şaquli şəhər” layihəsinin DETALLARI - FOTO

54356

Fransanın “Nicolas Laisne Associes” memarlıq firması “OXO Architectes” şirkəti ilə birgə səhrada göydələn layihəsini təqdim ediblər. 

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, “Şaquli şəhər” adlanan göydələndə ofislər, otellər, mağazalar, restoranlar, yaşayış massivləri və muzeylər yerləşəcək. 

“Şaquli şəhər”in ümumi tikinti sahəsi 780 min kvadratmetr təşkil edəcək.

Göydələndə meteoroloji stansiyanın da olması nəzərdə tutulub ki, bu da əsasən sərt səhra iqliminə ehtiyacla bağlıdır.

Burada temperaturun kəskin dəyişməsini nəzərə alaraq, memarlar yağıntıların yığılması üçün xüsusi sistem hazırlayıblar.

Onun böyük hissəsinin istilik və kanalizasiya, qalan hissəsinin içməli və çoxsaylı yaşıllıq sahələrinin suvarılması üçün istifadə edilməsi planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO