Qırğızıstan hakimiyyəti Qazaxıstanda olan və vətənlərinə qayıtmaq istəyən həmvətənlərini təxliyə etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb.
"Hazırda Xarici İşlər Nazirliyi həmvətənlərə konsulluq-hüquqi yardım çərçivəsində Qırğızıstan-Qazaxıstan sərhədindəki keçid məntəqələri vasitəsilə Qırğızıstan vətəndaşlarını təxliyə edir". TASS XİN-in dediklərindən sitat gətirib.
Nazirlikdən verilən məlumata görə, hazırda iki dövlətin sərhədində yerləşən nəzarət-buraxılış məntəqələri fəaliyyət göstərir və zərurət yaranarsa, vətənə qayıtmaq istəyən Qırğızıstan vətəndaşları sərbəst şəkildə sərhədi keçə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:26 / 06.01.2022
Qırğızlar Qazaxıstandan təxliyə edilir
Hazırda oxunan: Qırğızlar Qazaxıstandan təxliyə edilir
Hazırda oxunan: Qırğızlar Qazaxıstandan təxliyə edilir
54078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.