İran yeni raket əleyhinə olan "Bavar-373" kompleksinin sınağını müvəffəqiyyətlə həyata keçirib.
Moderator.az -ın anspress-ə istinadən məlumatına görə, bu haqda briqada generalı Farzad Esmail xəbər yayıb.
O qeyd edib ki, bu sistem Rusiya S-300 raketlərinə alternativ olaraq hazırlanıb, amma həm onun, həm də analoqlarının xarakteristikalarını üstələyir.
Daha əvvəl bildirilirdi ki, "Bavar-373" kompleksi 2015-ci ilin martına hazır olmalıdır. Onun xarakteristikaları dəqiqləşdirilməyib. S-300 öz növbəsində 300 kilometrə qədər uzaqlıqda hədəfləri vura bilər. Təstiq edilməmiş məlumatlara görə, İranın öhdəsində S-300-ün bir neçə kompleksi ola bilər, hansılar ki, "Bavar-373"-ün əsasını təşkil edə bilər.
Eyni zamanda 2014-cü ilin avqust ayında İran yerli istehsala aid olan daha bir zenit kompleksini sınaqdan keçirib.
"Talaash 3" 200 kilometrə qədər hərəkət radiusuna malikdir və gözlənildiyi kimi, sentyabrın sonunda təqdim ediləcək.
2007-ci ildə İran Rusiyadan beş S-300 kompleksinin alınmasına dair 800 milyon dollarlıq müqavilə imzalayıb. İran barəsində beynəlxalq sanksiyaların fonunda 2010-cu ildə Rusiya sazişdən imtina etdi. Cavab kimi sifarişçi dörd milyard dollar ölçüsündə cəriməni tələb etdi.
İddia Genevrə məhkəməsində müzakirə edilir.




























































































