Ramzan Kadırov:

Ramzan Kadırov: "Onlar cinayət törədirlər, buna görə cəzalarını alacaqlar"

Hazırda oxunan: Ramzan Kadırov: "Onlar cinayət törədirlər, buna görə cəzalarını alacaqlar"

53984

Çeçenistan Prezidenti  Ramzan Kadırov qazax xalqını təxribatçıların təsirinə düşməməyə çağırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Qazaxıstanın taleyinə biganə olmadıqlarını deyib:

"Atam orada doğulub, babamın qardaşı orada dəfn olunub. Qardaş qazax xalqı ən çətin anlarımızda bizə sığınacaq verib", - deyə Çeçenistan rəhbəri bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kadırovun seçki nəticəsi dünya rekordu oldu


​​​​​​​R.Kadırov etirazçıları təmkinli olmağa, aqressiv davranşılardan çəkinməyə çağırıb:

"Qazın qiymətinə görə insanlar küçələrə çıxdı: məhv edirlər, öldürürlər. Nə üçün aqressiv davranmaq lazımdır? Polisləri döyürlər. Onlar cinayət törədirlər, buna görə sonra cəzalarını alacaqlar. Müharibə heç vaxt yaxşılığa aparmır, müharibə məhv edir, məhv edir, öldürür... Bu etirazların başında duranlardan xahiş edirəm, dayansınlar, Uca yaradandan qorxun, o biri dünyada buna cavabdehsiniz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO