Qazaxıstanda “İngilis izi” – Rusiyalı iqtisadçının TƏHLİLİ

Qazaxıstanda “İngilis izi” – Rusiyalı iqtisadçının TƏHLİLİ

Hazırda oxunan: Qazaxıstanda “İngilis izi” – Rusiyalı iqtisadçının TƏHLİLİ

53929

Rusiyalı ictimai xadim, iqtisadçı, Rusiya Federasiyası Prezident Administrasiyasının keçmiş məmuru Mixail Xazin Teleqram kanalında Qazaxıstandakı vəziyyəti təhlil edib.

Bizim.Media xəbər verir ki, Rusiya İqtisadi Araşdırmalar Fondunun prezidenti Qazaxıstanda baş verən hadisələrdə “İngilis izi”ni tapdığını qeyd edib.

M.Xəzin yazır ki, vəziyyət ilk baxışdan göründüyündən qat-qat mürəkkəbdir:

“Ölkə valyutasının əsas tədarükçülərindən biri olan neftin emalı və ixracı üzrə əsas mərkəz hücuma məruz qalıb. Üstəlik, bu, qazax juzları - kiçiklərlə böyüklər arasında münasibətləri gərginləşdirmək cəhdidir.
Doqquz il əvvəl əsas etirazçılar adaylar (kiçik juz tayfalarından biri) idi. Daha sonra səbəb yerli neft mədənlərində maaşların artırılması tələbi olub. Hakimiyyət bu faktdan Xəzərdəki neft platformalarında əmlakın yenidən bölüşdürülməsi üçün istifadə etdi. Məsələn, qüdrətli qayınatasının gözündən düşmüş Nursultan Nazarbayevin ikinci qızının əri Timur Kulibayev benefisiarlardan kənarlaşdırıldı.

Daha sonra Qazaxıstan Respublikasının xüsusi xidmət orqanları Qazaxıstandakı vəziyyəti aktiv şəkildə sarsıdan ingilislərin izinə düşüb. Bu gün də sosial şəbəkələrdə etirazçılara ən böyük informasiya dəstəyi Londonda yaşayan qaçaq oliqarx Muxtar Ablyazov tərəfindən verilir”.

İqtisadçı vurğulayır ki: “2000-ci illərin ortalarında Rusiya təhlükəsizlik rəsmiləri dini radikalların sıralarında Qərbi Qazaxıstandan Çeçenistan, İnquşetiya və Dağıstana çoxlu sayda yaraqlının gəldiyini qeyd edirdilər.

Gənc uşaqlar terrorçu dəstələrdə döyüş təcrübəsi qazanmaq üçün Xəzəri keçiblər və ya onun ətrafında dövrə vurublar.

Ola bilsin ki, məhz onlar 2012-2018-ci illərdə Qazaxıstan şəhərlərində polis bölmələrinə və Milli Təhlükəsizlik Komitəsinə (DTK) hücum edərək bir sıra aksiyalar keçiriblər. Güc strukturlarının sıralarında o zaman xeyli itki olub. 
Görünür, 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda Vladimir Putin, Nursultan Abişeviç və Kasım-Jomart Tokayev arasında aparılan danışıqlardan sonra Dumanlı Albionda nə isə xoşlarına gəlməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO