Sutkada 235 ölü - Türkiyədə pandemiyanın çətin dövrüdür

Sutkada 235 ölü - Türkiyədə pandemiyanın çətin dövrüdür

Hazırda oxunan: Sutkada 235 ölü - Türkiyədə pandemiyanın çətin dövrüdür

5387

Türkiyədə hər ay təxminən 6 min nəfər koronavirus qurbanı olur.

Bizim.Media "Haber Global" telekanalına istinadən xəbər verir ki, Türkiyədə son 24 saat ərzində 235 nəfər koronavirusun qurbanına çevrilib.

Qeyd edək ki, Türkiyədə hər ay təxminən 6 min Covid-19-a yoluxmuş insan həlak olur. Ankaranın Pekinlə peyvənd mövzusunda danışıqları davam edir və əvvəlcə 50 min vaksin gətirilə bilər. Peyvəndlər sınaqdan keçiriləndən sonra yaxşı nəticələr verərsə, istifadə olunacaq. 

Peyvəndin istifadəsi ilk olaraq, xəstəxana və qocalar evində olan vətəndaşları əhatə edəcək. Lakin sonrakı mərhələdə 25 milyon insanın vaksinləşməsi gözlənilir.

O ki qaldı Türkiyənin peyvəndlə bağlı Braziliya ilə əməkdaşlığına, Braziliyadakı vaksinlərin sınağı 8 gün sonraya qalıb və həmin ölkədən Türkiyəyə vaksin gətirilməsi planlaşdırılmasa da, ehtiyac olan təqdirdə Braziliya vaksini də yoxlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO