Bu ölkələrdə karantin SƏRTLƏŞDİ 

Bu ölkələrdə karantin SƏRTLƏŞDİ 

Hazırda oxunan: Bu ölkələrdə karantin SƏRTLƏŞDİ 

53561

Koronavirusun yoluxma arealı daha da geniş vüsət aldığı üçün bəzi ölkələr sərt karantinə keçid ediblər. 

Bizim.Media xəbər verir ki, ABŞ-da son zamanlar koronavirusa yoluxma hallarının sürətlə artması səbəbindən bir çox universitet  yenidən distant təhsilə keçib.

26 ştatda 70-dən çox universitet ikinci semestr kurslarını onlayn davam etdirəcəyini açıqlayıb.

Harvard Universiteti distant təhsilin yeni ilin ilk üç həftəsində keçiriləcəyini və vəziyyət yaxşılaşarsa, yanvarın axırında kompuslara qayıdacağını bildirib.

Distant təhsilə qayıdacaq digər təhsil müəssisələrinə Corc Vaşinqton, Yale və Kolumbiya kimi universotetləri daxildir.

ABŞ-dan sonra Fransada COVID-19-a qarşı tam peyvənd olunmuş şəxslərin karantin müddəti azaldılıb.

Fransanın Səhiyyə naziri Veranın sözlərinə görə karantində olan şəxsin testi beşinci günün sonunda mənfi olduqda təcridin tamamlanması mümkündür.

Peyvənd olunmayan insanlar 10 gün karantində qalmalı olacaqlar. Ancaq virus testi neqativ olan şəxslərin  yeddinci gündə karantini bitə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO