Ukraynada olan Rusiya ordusunun peyk şəkilləri -  FOTO, VİDEO

Ukraynada olan Rusiya ordusunun peyk şəkilləri - FOTO, VİDEO

Hazırda oxunan: Ukraynada olan Rusiya ordusunun peyk şəkilləri - FOTO, VİDEO

53479
28 avqust Hollandiyada keçirilən mətbuat konfransında NATO komandiri, general Niko Tak Rusiya hərbi qüvvələrinin Ukraynanın sərhəddi və yaxınlığında hərbi əməliyyatlarda iştrakını isbat edən peyk görüntülərini nümayiş edib. NATO nümayəndisinin bildirdiyinə görə bu özüyeriyən artileriya qüvvələridir ki, Ukraynanın şimalında Krasnadon yaxınlığındakı atəş mövqelərini əhatə edir. 

Bundan əlavə genaral Rusiyanın öz ərazisində hərbi qüvvələrin sərhəddə yerləşdiriliməsini göstərən şəkillər də göstərib.

ABŞ və Ukrayna rəsmiləri isə ümumiyyətlə Rusiyanın Ukraynaya iki min əsgər göndərdiyini bildirsə də Rusiya ittihamların hamısını birmənalı surətdə təkzib edir.
Öz növbəsində ABŞ prezidenti Barak Obama da bu gün keçirdiyi mətbuat konfransında Ukraynada baş verənlərin tək məsuliyyətlisinin Rusiya olduğunu bildirib.

Reuters agentliyinin son məlumatına görə isə Donetskin Snejana bölgəsində gedən döyüşlərdə 100-dən artıq rus əsgəri həlak olub.

Bu arada Böyük Britaniyanın BMT nümayəndəsi Mark Ayal Qrant Rusiyanın hərəkətini birbaşa işğal adlandıraraq bildirib ki, Rusiya separatçılara 100 tank, 70 BTR, 100 Tank Əleyhinə idarə olunan raket, 500 tank əleyhinə silahlah və çox sayda artileriya sistemləri verib.

Ukrayna artıq Aİ və BMT-yə "Rusiya aqressiyası"nı saxlamaq üçün kömək müraciəti edib. 

Buna cavab olaraq Aİ və ABŞ-dən Rusiyaya yeni sanksiyaların hazırlandığı gəlir. Barak Obama isə RF-nin Ukraynaya hərbi müdaxiləsini təsdiqləsə də, ABŞ-nin məsələyə hərbi həll axtarmadığını bildirib. BMT-də öz növbəsində RF-nin müdaxiləsinin təsdiqi halında, onu Beynəlxalq Hüquq pozucusu kimi qəbul edəcəyini qeyd edib. 

































































































<
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO