Prezidentlər arasında növbəti danışıqlar Ankarada aparıla bilər

Prezidentlər arasında növbəti danışıqlar Ankarada aparıla bilər

Hazırda oxunan: Prezidentlər arasında növbəti danışıqlar Ankarada aparıla bilər

53222
Ukrayna və Rusiya prezidentləri arasında növbəti danışıqlar avqustun 28-də Ankarada aparıla bilər.

“YevroPravda” nəşri Ukrayna və Rusiyanın diplomatik qurumlarındakı mənbələrə istinadla yaydığı məlumatda qeyd edir ki, bu görüş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasimində baş tuta bilər.
 
Məlumata görə, Ukrayna ”“ Rusiya formatlı ikitərəfli və Ukrayna-Türkiyə-Rusiya üçtərəfli görüşlərin təşkil olunmasının mümkünlüyü nəzərdən keçirilir. Lakin rəsmi Kiyev və Moskva bu məlumata hələlik şərh vermir. Prezident Poroşenkonun administrasiyasının Ərdoğan tərəfindən güclü dəstəklənən bu görüşlərin keçirilməsi istiqamətində fəal çalışdığı bildirilir.

apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO