Öz qanı ilə Quran yazdıran PREZİDENT – ABŞ tərəfindən edamından 15 il ötdü

Öz qanı ilə Quran yazdıran PREZİDENT – ABŞ tərəfindən edamından 15 il ötdü

Hazırda oxunan: Öz qanı ilə Quran yazdıran PREZİDENT – ABŞ tərəfindən edamından 15 il ötdü

53184

Düz 15 il öncə - 2006-cı ilin noyabrın 5-də İraqın sabiq prezidenti Səddam Hüseyn haqqında edam qərarı çıxarılıb.

Bizim.Media xəbər verir ki, diktator qərardan təxminən 2 ay sonra - dekabrın 30-da asılaraq edam olunub.

MÖVZU İLƏ BAĞLI:

Səddam Hüseyn erotik roman yazıb  – MARAQLI FAKTLAR

Səddam Hüseyn kimdir?

Səddam Hüseyn 1937-ci il aprelin 28-də Tikrit şəhəri yaxınlığında kəndli ailəsində doğulub. Dini etiqadına görə sünni idi. Səddam körpə olarkən atası vəfat edib, əmisi əl-Həc İbrahim onu oğulluğa götürüb. Səddam 1962-63-cü illərdə Qahirə Universitetində oxumuş, 1969-cu ildə Bağdadın Müntəseriyə Universitetini bitirib. Təhsilcə hüquqşünas idi.

Hüseyn siyasi karyerasına 1957-ci ildə başlayır. 1959-cu ildə dövlət başçısı Əbdül Kərim Qasimin həyatına sui-qəsddə iştirak edir.

Qiyabi olaraq ölüm cəzasına məhkum edilir, buna görə Suriyaya, sonra Misirə qaçır. 1963-cü ildə çevriliş nəticəsində Əbdül Qasim öldürüldükdən sonra Səddam Bağdada qayıdaraq, partiyanın silahlı dəstələrini təşkil etməyə başlayır. 1964-cü ildə Bəəs hakimiyyəti itirdikdən sonra Hüseyn həbs olunur. O, həbsxanadan qaçdıqdan sonra 1968-ci il iyulun 17-də Bəəs Partiyasının həyata keçirdiyi növbəti dövlət çevrilişində iştirak edir.

Ölkədə hakimiyyət Səddamın yaxın qohumu general Əhməd Həsən əl-Bəkrə keçir. Beləliklə, 31 yaşlı Hüseyn partiyada “ikinci adam”a çevrilir. İraq İnqilabi Komandanlıq Şurası (İKŞ) sədrinin müavini və İraqın vitse-prezidenti seçilir.
1979-cu ilin iyulunda Hüseyn 42 yaşında olarkən İraq Prezidenti, Baş naziri, İKŞ-nin sədri və Bəəs Partiyası regional rəhbərliyinin baş katibi olur və o vaxtdan 2003-cü ilin martınadək ölkəyə rəhbərlik edir, marşal rütbəsi alır.

2003-cü ilin martında Britaniya-Amerika koalisiyası İraqa qarşı hərbi əməliyyatlara başladıqda Səddam gizli fəaliyyətə keçir. Həmin il iyulun 22-də ABŞ xüsusi təyinatlılarının Mosul şəhəri rayonunda əməliyyatı nəticəsində oğulları Üdey və Küsey, nəvəsi Mustafa öldürülür.

Dekabrın 13-də isə özü də tutulur və 2004-cü il yanvarın 9-da rəsmən hərbi əsir elan edilir.

İraq Ali Cinayət Tribunalı tərəfindən sabiq dövlət başçısı 1982-ci ildə Əd-Düceyl şiə kəndində 148 sakinin öldürülməsinə dair iş üzrə ittiham edilir. Dekabrın 26-da isə Apellyasiya Məhkəməsi ölüm hökmünü qüvvədə saxlayır və 4 gün sonra qərar həyata keçirilir. Hökmü qüvvədə saxlayan hakim Rauf Əbdül Rəhman idi.

Ölüm hökmü

Ölüm hökmü cəza növü kimi insanı həyatdan məhrum etməkdir. Həm hüquqi, həm cinayət hərəkəti kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunur və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla qadağan edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.

Səddama qarşı tətbiq edilən asaraq öldürmə əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır.

Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür.

Asılmağa aparılan insanlar əvvəlcə ayaqyoluna aparılır, daha sonra isə gözləri bağlanılır (və ya başına qara torba keçirilir). Məhkumun başına qara torbanı ona görə keçirirlər ki, edam zamanı təzyiq nəticəsində yerindən çıxan göz gilələri görünməsin.
Asma edamlarını həyata keçirən cəlladlar xüsusi "riyazi biliklərə" malik olurlar. Edam zamanı məhkumun boğazına keçirilən kəndirin uzunluğunun asılan bədənin çəkisinə nisbəti mütləq nəzərə alınmalıdır. Əks halda, məhkumun başı, Səddam Hüseynin qardaşında olduğu kimi, bədəndən qopa bilər.

Səddam haqqında ölüm hökmü çıxaran hakimin taleyi

“Bu murdar Rəhman rəqqasə paltarı geyinərək şəhərdən qaçmaq istəyirdi”. Bu sözlər İŞİD-in bəyanatlarından biri idi. Belə ki, 2006-cı ildə İraq prezidenti Səddam Hüseynin məhkəmə prosesində baş hakim olan və diktatorun edam olunmasını nəzərdə tutan hökmü imzalayan Rauf Əbdül Rəhman İŞİD tərəfindən tutularaq, edam olunub. “İraq və Şam İslam Dövləti” (“Əd Daulat əl İslamiya fil İrak və əş Şam”) terror qruplaşması əsir aldığı Rauf Əbdül Rəhmanı güllələdiyini açıqlamışdı. İraq hökuməti xəbəri təsdiqləməsə də, təkzib də etməmiş, ümumuiyyətlə münasibət bildirməkdən boyun qaçırmışdı.

Səddam Hüseyn haqqında maraqlı faktlar:

- Səddam Hüseyn hakimiyyətdə olduğu illərdə öz qanıyla (bütövlükdə 27 litr) Qurani- Kərim yazdırıb.

- Amerika İraqı işğal etmədən bir neçə həftə əvvəl Səddam Hüseyn Corc Buşu televiziyada mübahisəyə dəvət etsə də ABŞ Prezidenti bu təklifi rədd edib.

- Səddam Hüseyn İraqda həyat şərtlərini yüksəltmək üçün gördüyü işlərə görə YUNESKO tərəfindən mükafatlandırılıb.

- 1980-ci ildə Səddam Hüseynə Detroitin qızıl açarı və fəxri vətəndaşlığı verilib. Səddam Hüseyn də kilsəyə külli miqdarda ianə edib.

- Yoxsul bir ailədən olan Səddam Hüseyn oxuyub yazmağı 10 yaşından sonra öyrənib.

- Səddamın iki qızı olub və onun əmri ilə hər iki kürəkəni güllələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO