Lotu Qulinin yaxın adamının Ukraynada öldürülməsinin TƏFƏRRÜATI

Lotu Qulinin yaxın adamının Ukraynada öldürülməsinin TƏFƏRRÜATI

Hazırda oxunan: Lotu Qulinin yaxın adamının Ukraynada öldürülməsinin TƏFƏRRÜATI

53083

Məşhur “qanuni oğru” Lotu Qulinin şəriki, kriminal avtoritet Nazir Əliyevin qətlinin təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, qətl baş verən gün N.Əliyev mühafizəçilərini evə göndərib.

Fürsətdən istifadə edən qatil kriminal avtoritetin istirahət etdiyi bilyard klubuna daxil olaraq bir neçə dəfə atəş açıb. Atışma nəticəsində Nazir Əliyev aldığı yaralardan yerindəcə keçinib.

Qatilin Füzuli rayon sakini, 45 yaşlı Quliyev Şöhrəddin Vaqif oğlu olduğu məlum olub. Odessa polisi bildirib ki, ilkin versiyaya görə, qətl qisas məqsədi ilə törədilib.

Əldə olan informasuyaya görə, Ş.Quliyev qətli törətmək üçün Moskvadan Moldovaya uçub və oradan da avtobusla Odessaya çatıb. Qatilin kriminal avtoritetə atəş açdığı silahı özü ilə gətirib və maşında oturacağın altında gizlədib. Əvvəlcə Odessa dəmir yolu vağzalının yaxınlığında kirayə mənzil tutsa da, sonra Solneçnı adlı əraziyə köçüb. Bütün bu müddət ərzində o, Nazir Əliyevin qətlini planlaşdırıb və fürsət axtarıb.

Polis onu da bildirib ki, Şöhrəddin Quliyev əvvəllər Azərbaycanda, Çeçenistanda və Abxaziyada xuliqanlığa görə cəza çəkib.

Xatırladaq ki, dünən gecə Ukrananın Odessa şəhərində fəaliyyət göstərən “Arena” bilyard klubunda qətl hadisəsi baş verib. İnformasiyanı “Dumskaya” nəşri yayıb.

Qətlə yetirilən şəxs qanuni oğru Nadir Səlifovun (Lotu Quli) Nazir Əliyev adlı çevrəsindən olan kriminal avtoritetdir. Şəhər polisi tapançadan açılan atəş nəticəsində daha bir nəfərin yaralandığını bildirib.
Atıcının Azərbaycan vətəndaşı Şöhrəddin Quliyev olduğu üzə çıxıb. Hazırda Ş.Quliyev tutularaq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO