Malayziyada Dünya azərbaycanlılarının Həmrəyliyi günü belə qeyd olundu - FOTO

Malayziyada Dünya azərbaycanlılarının Həmrəyliyi günü belə qeyd olundu - FOTO

Hazırda oxunan: Malayziyada Dünya azərbaycanlılarının Həmrəyliyi günü belə qeyd olundu - FOTO

53037

Malayziyanın paytaxtı Kuala Lumpurda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş bayram tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Kuala Lumpurda yaşayan, həmçinin Malayziyanın müxtəlif ştatlarından gəlmiş həmvətənlərimiz səfirliyin təşkilatçılığı ilə keçirilən bayramı birlikdə qeyd etməkdən məmnun qalıblar.

Azərbaycanın sözügedən ölkədəki səfiri İrfan Davudov “Facebook” səhifəsindəki paylaşımında tədbirdə iştirak edən Türkiyə Respublikasının Malayziyadakı səfiri Dr.Merve Kavakçı və əməkdaşlarını tədbirdə görməkdən şad olduğunu qeyd edib.

“Əziz Azərbaycanlılar, əziz həmvətənlər! Həmrəylik Gününüz mübarək olsun! Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizi Böyük Zəfərə çatdıran həmrəyliyimiz, birliyimiz sarsılmaz və əbədi olsun!”, - deyə İrfan Davudov yazıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO