Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu ötdü

52975

Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu, ölənlərin sayı isə 5,4 milyonu ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Gün ərzində yoluxanların sayı 455 944 nəfər, ölənlərin sayı isə 4 501 nəfər olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 51 775 769. İkinci yerdə Hindistan (34 799 691), daha sonra Braziliya (22 239 436), Böyük Britaniya (12 209 995), Rusiya (10 437) gəlir. Ən çox ölüm halları da ABŞ-dadır - 809 908, ikinci sırada Braziliya (618 448), üçüncü yerdə Hindistan (480 290) qərarlaşıb.

ÜST-nin statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxanlar və ölümlər haqqında rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO