Britaniyalı nazir Rusiya və İranı

Britaniyalı nazir Rusiya və İranı "düşmən ölkə" adlandırdı

Hazırda oxunan: Britaniyalı nazir Rusiya və İranı "düşmən ölkə" adlandırdı

52852

Britaniyanın təhlükəsizlik və sərhəd naziri Damien Hinds İran İslam Cümhuriyyətini Çin, Rusiya və Şimalı Koreya ilə birgə kiberməkanda zərərli fəaliyyətləri səbəbi ilə düşmən ölkələr hesab edib.

Bizim.Media xəbər verir ki, o, bu fikirləri Londonda nəşr olunan "The Daily Telegraph" qəzetinə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, üç ölkə - Çin, Rusiya və İran kiberhücumlarını həyata keçirmək üçün əhəmiyyətli işçi qüvvəsi və texniki imkanlara malikdir və onlar bu imkanlarını inkişaf etdirə və modernləşdirə bilərlər.

Hinds qeyd edib ki, dövlət orqanları və özəl şirkətlərin kompüter şəbəkəsinə kiberhücumlar və başqa ölkələrə casusların göndərilməsi sözügedən ölkələrin o cümlədən kiberməkanda əl atdığı üsullardandır.

Xatırladaq ki, Britaniyanın güc nazirlikləri daha öncə də dəfələrlə İran, Rusiya və Çini ciddi təhlükəsizlik təhdidi olaraq elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO