Ərdoğan müsəlmanları birliyə çağırdı: “Hamımız qardaşıq!”

Ərdoğan müsəlmanları birliyə çağırdı: “Hamımız qardaşıq!”

Hazırda oxunan: Ərdoğan müsəlmanları birliyə çağırdı: “Hamımız qardaşıq!”

52839

Koronavirus infeksiyası pandemiyası fonunda bir sıra ölkələrdə ksenofobiya, islamofobiya və radikalizm zəminində cinayətkarlığın təhlükəli artım tendensiyası qeydə alınır. Bu vəziyyətdə müsəlmanların birliyi və qarşılıqlı dəstəyi xüsusilə əhəmiyyətlidir. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika Müsəlman Cəmiyyəti (MAS) və Şimali Amerika İslam Birliyinin (ICNA) Çikaqoda keçirilən 20-ci illik birgə qurultayının iştirakçılarına videomüraciətində deyilir.

Türkiyə dövlətinin başçısı müsəlmanları ümidsiz olmamağa və problemlərlə qətiyyətlə mübarizə aparmağa çağırıb.

“Ümmətdə (icmada) etnik və mədəni zəmində parçalanmaya yol verməmək çox vacibdir. Etnik mənsubiyyətindən və mədəniyyətindən, üslubundan və dəri rəngindən asılı olmayaraq, bütün müsəlmanlar qardaşdır!”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, İslamda fitnə və terror üçün yer yoxdur və ola da bilməz. 

“Dövrümüzün artan çağırışları fonunda müsəlmanlar özlərindən uzaqlaşmamalı və öz güclərinə inanaraq cəmiyyətdə layiqli yer tutmağa çalışmalıdırlar”, - Türkiyə lideri vurğulayıb.

Dövlət başçısı pandemiya zamanı işini itirmiş insanlara yardımın vacibliyini də qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO