“Google” dəyişən qrafiklə işləyəcək

“Google” dəyişən qrafiklə işləyəcək

Hazırda oxunan: “Google” dəyişən qrafiklə işləyəcək

5268

"GOOGLE" əməkdaşları 2021-ci ilin sentyabr ayına qədər evdən işləyəcəklər.

Bizim.Media-nın xəbərinə görə, bu barədə NBC telekanalı şirkətin rəhbəri Sundar Piçainə istinadla məlumat yayıb.

Məlumata görə, Google pandemiya səbəbindən işçilərinin ofisdə xidmətini 2021-ci ilin sentyabr ayına qədər təxirə salıb.

Şirkət, həmçinin həftə ərzində ən azı 3 gün ofisdə işləməyi nəzərdə tutan "dəyişilən iş qrafiki"ni sınaqdan keçirmək niyyətindədir.

Xatırladaq ki, bu ilin iyulununda "The Wall Streen Journal" GOOGLE işçilərinin koronavirus səbəbindən 2021-ci ilin iyul ayına qədər distant işləyəcəklərini bildirmişdi.

Qeyd edək ki, ABŞ, virusa yoluxanların sayına görə, dünyada liderdir. Bu günə kimi, ölkədə 16 milyondan çox insan COVİD-19 -a yoluxub, 300 min nəfər  isə həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO