“Yeni vaksinlər üzərində iş aparılacaq. Onlar koronavirusun yeni meydana gələn ştamlarına uyğunlaşdırılacaq və daha effektiv olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələn il COVID-19-a qarşı yeni preparatlar virusa yoluxmuş və xəstəliyi ağır keçirən şəxslərin sağ qalmaq şanslarını artıracaq.
“Öncəgörücülük edə bilmərəm, amma nəzərə almaq lazımdır ki, hazırkı vaksinlər COVID-19-a qarşı birinci nəsil vaksinlərdir. Bu, demək olar ki, hər il yeni ştamlara uyğunlaşdırılan qrip əleyhinə vaksinlərə bənzəyəcək”, - deyə ÜST rəsmisi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:51 / 27.12.2021
COVID-19-a qarşı yeni vaksinlər HAZIRLANIR - Ölüm halları azalacaq
Hazırda oxunan: COVID-19-a qarşı yeni vaksinlər HAZIRLANIR - Ölüm halları azalacaq
Hazırda oxunan: COVID-19-a qarşı yeni vaksinlər HAZIRLANIR - Ölüm halları azalacaq
52631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.