Avstriya hərbçiləri koronavirusa yoluxmuş insanların istifadə etdiyi tibbi maskaların vasitəsilə COVİD-19 -u aşkar etmək üçün təlim keçmiş ilk xidməti iti təqdim ediblər.
Bizim.Media “TASS”-a istinadən xəbər verir ki, bu barədə Avstriya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fantasy Forever” adlı Belçika çoban iti koronavirusa yoluxmuş insanları sağlam insanlardan ayırmaq qabiliyyətinin yoxlanılması üçün hazırlanan hərbi tədqiqat proqramında iştirak edir.
Aparılan tədbirlərin nəticəsi olaraq heyvanın koronavirusa yoluxmuş xəstənin tibbi maskasını qoxu ilə təyin etmək qabiliyyəti təsdiqlənib.
Hazırda ikinci xidməti it sınaqdan keçirilir. O artı birinci mərhələsini başa vurur. 2020-ci ilin sonunadək bu bacarıqla daha iki it yetişdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:18 / 15.12.2020
Koronavirus xəstələrini itlər müəyyən edəcək
Hazırda oxunan: Koronavirus xəstələrini itlər müəyyən edəcək
Hazırda oxunan: Koronavirus xəstələrini itlər müəyyən edəcək
5260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.