Yunanıstanın Egey dənizinin mərkəzindəki Paros adasında qayığın batması nəticəsində azı 16 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin sahil mühafizəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Yunanıstan on il ərzində 126 türk məktəbini bağlayıb
Qeyd olunur ki, gecə ərzində Parosun şimal-qərbində havadan və dənizdə axtarış-xilasetmə əməliyyatı keçirilib, əraziyə müvafiq quvvələr cəlb olunub.
Qayıqda 80 nəfərin olduğu güman edilir. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.
Yunanıstanın gəmiçilik naziri Giannis Plakiotakis fəlakətlərə görə insan alveri ilə məşğul olan qrupların məsuliyyət daşıdığını açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:42 / 26.12.2021
Yunanıstanda qayıq batdı, 16 miqrant öldü
Hazırda oxunan: Yunanıstanda qayıq batdı, 16 miqrant öldü
Hazırda oxunan: Yunanıstanda qayıq batdı, 16 miqrant öldü
52546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.