“Mənə verdiyiniz “Dostluq” ordeni ruhumu isidir” - Alla Puqaçova İlham Əliyev HAQDA

“Mənə verdiyiniz “Dostluq” ordeni ruhumu isidir” - Alla Puqaçova İlham Əliyev HAQDA

Hazırda oxunan: “Mənə verdiyiniz “Dostluq” ordeni ruhumu isidir” - Alla Puqaçova İlham Əliyev HAQDA

52250

“Mən böyük məmnuniyyətlə İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona cansağlığı və təbii ki, səbr arzulayıram. Çünki öz xalqına xidmət etmək bəzən problem yaradır. Bütün problemləri həll etmək üçün kifayət qədər gücünüz olsun”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya və sovet müğənnisi Alla Puqaçova Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə "Moskva-Bakı" portalına açıqlamasında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyevin 60 yaşına - 60 FAKT

“Azərbaycan Prezidenti İlham Əliyev mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafat ruhumu qızdırır. Mən Azərbaycanı sevirəm, orada tez-tez olmuşam, uğur qazanmışam. Orada elə qonaqpərvər və istiqanlı insanlar yaşayır ki, bu səfərləri unutmaq, sadəcə olaraq, mümkün deyil.

Qoy ölkələrimiz arasında dostluq möhkəmlənsin, Azərbaycan çiçəklənsin, ildən-ilə, gündən-günə gözəlləşən heyrətamiz bir ölkə olsun.

Sizə hörmət edən, sizi sevən, həmişə atanızı xatırlayan Alla Puqaçova”, deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO