ABŞ-da yaşayan azərbaycanlı alimdən MÖHTƏŞƏM KƏŞF

ABŞ-da yaşayan azərbaycanlı alimdən MÖHTƏŞƏM KƏŞF

Hazırda oxunan: ABŞ-da yaşayan azərbaycanlı alimdən MÖHTƏŞƏM KƏŞF

52249

Bir gün elektron cihazlarımız geyimlərimiz vasitəsilə enerji ilə təmin edəcəyimiz deyilsəydi, yəqin ki, heç kim inanmazdı. Ancaq yaxın günlərdə ictimaiyyətə təqdim olunan yeni kəşflə artıq bu fikir də reallığa çevirib. 

ABŞ-ın nüfuzlu Massacutsets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən dünyanın ən uzun elastik lifli batareyası hazırlanıb.

MÖVZU İLƏ BAĞLI:

Monoqrafiyaları gənc alimlər üçün istinad qaynağı olan PROFESSOR

Toxunuşa və suya davamlı olan batareyanın, lif əsaslı elektron cihazlar və sensorlar üçün enerji təmin etməsi nəzərdə tutulur. 

Tədqiqatçılar batareyanın öz-özünü enerji ilə təmin etməklə rabitə, sensor və hesablama cihazları üçün yeni imkanlar yaradacağını qeyd edirlər. 140 metr uzunluğa malik olmaqla dünyanın ən uzun elastik lifli batareyası ünvanını qazanan layihə yaxın günlərdə “Materials Today” jurnalında nəşr olunub. Diqqət çəkən əsas məqam isə məqalədə layihənin həmmüəllifləri arasında Tural Xudiyev adlı azərbaycanlı alimin də yer almasıdır.

Bakıda anadan olan Tural Xudiyev Türkiyənin Hacettepe Universitetində “Atom enerjisi mühəndisliyi” fakültəsini bitirib.  

Daha sonra Bilkent Universitetinin “Milli Nanotexnologiya Araşdırma Mərkəzində” doktorantura təhsilini davam etdirib.  Hazırda MTİ-də post-doktorantura təhsilini davam etdirən Tural Xudiyev, eyni zamanda Sinqapur Milli Universitetinin də dosentidir.

Azərbaycanlı mütəxəssis layihənin hazırlanmasında və ərsəyə gətirilməsində Massacutsets Texnologiya Universitetindən olan həmkarları ilə birgə iştirak edib.

Tural Xudiyevin sözlərinə görə, indiyə qədər istehsal olunan 140 metrlik lif 123 milliamper-saat enerji saxlama qabiliyyətinə malikdir və bu, ağıllı saatları və ya telefonları doldurmaq üçün yetərlidir. Fiber cihazının qalınlığı cəmi bir neçə yüz mikrondur, lif şəklində batareyalar istehsal etmək üçün əvvəlki nümunələrdən daha nazikdir.

Komanda üzvləri əvvəllər də işıq yayan diodlar (LED), fotosensorlar, rabitə və rəqəmsal sistemlər daxil olmaqla, müxtəlif elektron komponentləri özündə ehtiva edən batareya lifləri nümayiş etdiriblər.
Bunların bir çoxu toxunuşa və suya davamlı olduğu üçün, geyilə bilən məhsullarda istifadə üçün yeni imkanlar yaradır. Lakin bu günə qədər hazırlanmış prototiplərin hamısı xarici enerji mənbəyindən asılı idi. Yeni layihə isə toxuna bilən və yuyula bilən lifli batareyaların tamamilə müstəqil enerji mənbəsinə çevrilməsini təmin edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO