Şimali İraqda yeni savaşın anonsları verilir

Şimali İraqda yeni savaşın anonsları verilir

Hazırda oxunan: Şimali İraqda yeni savaşın anonsları verilir

5224

Türkiyəli jurnalist Çətinər Çətinin “Habertürk”ə verdiyi informasiyaya görə, dekabrın 13-ü gecə Şimali İraqda İraq Kürdüstan Muxtariyyatının təhlükəsizlik gücləri ilə PKK arasında şiddətli atışmalar başlayıb. Türkiyə-İraq sərhədində 3 strateji məntəqədən biri sayılan Səyirgə bölgəsində (o, Dohuk şəhərinə bağlıdır) gedən döyüşlərdə PKK–nın ciddi itkilər verdiyi bildirilir.
Tərəflər arasında gərginliyin türk ordusunun zərbələri altında PKK-nın sivil xalq arasına sızmaq cəhdlərindən başladığı deyilir. Ancaq bu, görünən tərəfdir. Problem daha dərində olan və geosiyasi çalar daşıyan faktorlara bağlıdır.

Bunlara görə, yerli kürd hökumətinin PKK-ya qəti etiraz etməsi normal qarşılanır. Kürd muxtariyyatı rəhbərləri terrorçulardan bölgəni tərk etməyi tələb edəndən sonra son 3 ay ərzində PKK yerli kürd hakimiyyətinə silahlı hücum təşkil etdi. O cümlədən, Türkiyəyə gedən neft boru kəmərlərinə qarşı təxribatlar törətdi. 

Bundan başqa, PKK strateji mövqeyinə görə Segirgə bölgəsində möhkəmlənməyə qərar verdi. Ancaq peşmərgələr ona bu imkanı yaratmadılar. Cavab olaraq PKK Süleymaniyə də daxil olmaqla bir çox yerlərdə insanları silahlandırdı. Hətta kürd rəhbərliyinə qarşı da bu silahlılardan istifadə olundu.

İraq kürd muxtariyyatının başçısı Məsrur Bərzani dekabrın 9-da verdiyi açıqlamada PKK-nın Sincardan nəinki çəkildiyini, əksinə daha çox oraya nüfuz etnməyə çalışdığını bəyan edib. Bu, birbaşa mərkəzi hökumətlə kürd muxtariyyatı arasında imzalanan sazişə ziddidir. Və gözlənilirdi ki, PKK Sincardan çəkiləcək.

İndi isə məlum olur ki, PKK 2 hədəf seçib. Birincisi, Kərkük, Mahmur və Süleymaniyyəyə  daha çox sızmaq. İkincisi, Suriya ilə Şimali İraqdakı PKK-lılar arasında gediş-gəlişi gücləndirmək. 

Ekspertlər bu gedişatda ABŞ-ın Suriyadakı neftdən PKK/PYD-yə pay verməsinin təsiri olduğu qənaətindədirlər. Belə ki, PKK Şimali İradakı neft qaynaqlarından da faydalanmağı qarşısına məqsəd qoyub. Bununla o, geniş bir məkanda fəaliyyət göstərməyə çalışır. 

PKK-nın belə bir planı yerli İraq kürd muxtariyyatını qane etmir. Çünki enerji qaynaqları əlindən çıxa bilər. Bu səbəbdən, ekspertlərin proqnozlarına görə, tərəflər arasında savaşın uzun müddət davam etməsi ehtimalı yaranıb.

Digər tərəfdən, ekspertlər hesab edirlər ki, bu mənzərə Yaxın Şərqdə kürd siyasətində yeni mərhələni ifadə edir. Müxtəlif qruplar arasında ixtilafların şiddiətlənməsi, vahid kürd cəbhəsi yaratmağa çalışanların planlarını pozur. Ekspertlər bu məqamı da yeni risklər yaradan faktorlar sırasına aid etməyə başlayıblar. 

Bizim.Media            
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO