Qadın çalışdığı bankdan yarım milyon oğurladı - FOTO

Qadın çalışdığı bankdan yarım milyon oğurladı - FOTO

Hazırda oxunan: Qadın çalışdığı bankdan yarım milyon oğurladı - FOTO

52019

Rusiyanın Krasnoyarsk şəhərində 30 yaşlı Anna Qriqoryeva adlı qadın çalışdığı bankı soyub.

Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə dekabrın 6-da baş verib.

A.Qriqoryeva iş saatı başa çatandan sonra çantasına 15 milyon rubl (345 min AZN), 49 min dollar (83 min AZN) və 49 min avro (94 min AZN) dolduraraq işlədiyi bankdan çıxıb.

Təhlükəsizlik kameraları vasitəsilə bankın öz işçisi tərəfindən soyulduğu aşkarlandıqdan sonra, görüntülər polisə təqdim edilib. 

Ümumilikdə yarım milyon manatdan çox pul oğurlayan qadının axtarışlarına başlanılıb. Anna ilə əlbir olmaqda şübhəli bilinən əri də saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO