Rusiyanın Kemerovo şəhərində "Qış Albalısı” ticarət mərkəzində yanğın hadisəsi baş verib.
Sfera.az Rusiya mediasına istinadən bildirir ki, yanğında həlak olanların sayı 53 nəfərə çatıb. 43 nəfər xəstəxanaya yerləşdirilib. 70-ə yaxın insanın itkin düşdüyü bildirilir.
Yanğının ticarət mərkəzinin 4-cü mərtəbəsindəki kino zalında başladığı bildirilir.