ABŞ Sudanı terroru dəstəkləyən ölkələrin siyahısından çıxarır

ABŞ Sudanı terroru dəstəkləyən ölkələrin siyahısından çıxarır

Hazırda oxunan: ABŞ Sudanı terroru dəstəkləyən ölkələrin siyahısından çıxarır

5190

ABŞ Sudanı terrora dəstək verən ölkələrin siyahısından çıxarır.

Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ-ın Sudandakı səfirliyi rəsmi feysbuk səhifəsində məlumat yayıb.

Bildirlib ki, ABŞ Dövlət katibi Mayk Pompeo Sudanın bu siyahıdan adının çıxarılması üçün müvafiq sənədi imzalayıb:

"Konqresin 45 günlük bildiriş müddəti bitdi və Dövlət katibi Sudanın terrorizmin sponsoru statusuna xitam verilməsinin bu gün (14 dekabr) qüvvəyə minəcəyini və federal reyestrdə dərc ediləcəyini bildirən bir bildiriş imzaladı",-deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Konqresə  ABŞ hökumətinin Sudana terrorizmə dəstək verən dövlət olaraq baxmadığını elan edib. Razılaşma Sudanın ABŞ-dakı terror qurbanlarına 335 milyon dollar ödəməyə dair razılaşması müqabilində əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO