Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldıldı - FOTO

Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldıldı - FOTO

Hazırda oxunan: Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldıldı - FOTO

51466

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb.

Bizim.Media xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək hazırlanıb.

Abidə şəhərin mərkəzi hissələrinin birində - Azərbaycanın Belarusdakı səfirliyinin binası yaxınlığında ucaldılıb.

Müəllifi Azərbaycanın Xalq Rəssamı Səlhab Məmmədov olan abidənin hündürlüyü postamentlə birgə 3,5 metrdir.

Yaxın zamanlarda abidənin rəsmi açılışının olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO