II Yelizavetadan Britaniya taxt-tacının varisinə TAPŞIRIQ: Vertolyotla uçmayın

II Yelizavetadan Britaniya taxt-tacının varisinə TAPŞIRIQ: Vertolyotla uçmayın

Hazırda oxunan: II Yelizavetadan Britaniya taxt-tacının varisinə TAPŞIRIQ: Vertolyotla uçmayın

0:00
0:00
51444

Böyük Britaniya kraliçası II Yelizaveta şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middltondan helikopterlə uçmamalarını xahiş edib.

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, Kraliça tələbini təhlükəsizlik səbəbi ilə irəli sürüb. 

II Yelizaveta ailə üzvlərinin avia qəzada ölə biləcəyindən qorxur. Mütəxəssislər qeyd edirlər ki, kral ailəsinə əvvəllər gizli şəkildə helikopterə minmək qadağan edilmişdi, lakin Şahzadə Uilyamın ailəsinin böyüdüyünə görə protokol yumşaldılmışdı.

Şahzadə Uilyam, Keyt Middlton və uşaqları London və Norfolk arasında səyahət etməyə başlayıblar.

Nəşrin məlumatına görə, 2021-ci ildə cəmi bir ay ərzində kral ailəsinin helikopterlərlə bağlı iki insident qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO