Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün tviterdəki hesabında yazıb.
O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə xoşbəxtdir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan daha 10 erməni hərbçini Ermənistana qaytardı – RƏSMİ AÇIQLAMA
Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb.
Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşləri üzərində qurmaq üçün hər iki ölkə ilə işləməyə davam edəcəyini vurğulayıb.
Bizim.Media
Happy to have been able to repatriate 10 ?? servicemen. Important gesture by ?? in the process of addressing humanitarian issues.
— Toivo Klaar (@ToivoKlaar) December 19, 2021
The ??will continue to work with both countries to build on the successful meetings of @eucopresident with @presidentaz and @NikolPashinyan. pic.twitter.com/cTwEexijLv