Parisi yenidən etiraz dalğası bürüdü - 107 nəfər saxlanıldı

Parisi yenidən etiraz dalğası bürüdü - 107 nəfər saxlanıldı

Hazırda oxunan: Parisi yenidən etiraz dalğası bürüdü - 107 nəfər saxlanıldı

5088

Fransanın paytaxtı Paris şəhərində “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan şəxslərin keçirdiyi etiraz aksiyalarında hüquq-mühafizə orqanları tərəfindən 107 nümayişçi saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, Sen Marten bulvarı boyunca hərəkət edən etirazçılar Respublika meydanına doğru istiqamətləniblər. Bildirilir ki, aksiyalar zamanı dağıntılar törədən şəxslərlə polis arasında qarşıdurma yaranıb. İlk qarşıdurmalar Şatle meydanında etirazın başlamasından bir neçə dəqiqə sonra baş verib.

Qeyd edək ki, Fransa vətəndaşları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edirlər.

24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO