Nyu-York polisinə ilk dəfə qadın rəhbərlik edəcək - FOTO

Nyu-York polisinə ilk dəfə qadın rəhbərlik edəcək - FOTO

Hazırda oxunan: Nyu-York polisinə ilk dəfə qadın rəhbərlik edəcək - FOTO

50770

Afrika əsilli Amerikalı Kişant Suel Nyu-York polis idarəsinə rəhbərlik edəcək ilk qadın olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Qeyd olunur ki, Suelin namizədliyini noyabrın əvvəlində Nyu-Yorkun meri seçilən və keçmişdə özü polis olan Erik Adams təsdiqləyib.

"Kişant Suel Nyu-Yorklulara ehtiyac duyduqları təhlükəsizliyi və layiq olduqları ədaləti təmin edəcək təcrübə və emosional zəkaya malik olduğunu sübut edib" deyə Adams qeyd edib.

49 yaşlı Suel mövzu ilə bağlı bildirib ki, o, bu təyinatın tarixi əhəmiyyətinə çox ciddi yanaşır. Kişant Suel 25 ildir hüquq-mühafizə orqanlarında çalışır.

2020-ci ildə o, tabeliyində 350-dən çox adamın olduğu Nyu-York ştatının Nassau dairəsinin Polis Departamentinin dedektiv şöbəsinə rəhbərlik edib. İndi onun tabeliyində 52 min nəfər xidmət edəcək.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO