Sarkisyandan geriyə addım

Sarkisyandan geriyə addım

Hazırda oxunan: Sarkisyandan geriyə addım

50529
Ermənistan prezidenti Serj Sarkisyan İctimai şuranın üzvləri ilə görüşü zamanı ölkənin təhlükəsizliyi məsələsini müzakirə edib.

Moderator.az-ın  məlumatına görə, iclasda Ermənistan-Azərbaycan sərhədində yaşayan əhalinin silahlandırılmasına dair müzakirələr aparılıb.

Serj Sarkisyan sərhəddə yaşayan sakinlərin silahlandırılması ilə bağlı verilən təklifi rədd edib. O, bildirib ki, hazırda əhaliyə silah paylanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, iyunun əvvəllərində 3 azərbaycanlı ”“ Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərə getdikdən sonra ermənilər təşvişə düşüb. 

Belə ki, ölkənin müdafiə naziri Seyran Ohanyan bəyan etmişdi ki, Kəlbəcərə gedən bütün yollar minalanacaq. Daha sonra nazir qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində mühəndis-texniki qurğularının sayı artırılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO