“WikiLeaks”in qurucusu insult keçirdi, yaddaşı pozuldu

“WikiLeaks”in qurucusu insult keçirdi, yaddaşı pozuldu

Hazırda oxunan: “WikiLeaks”in qurucusu insult keçirdi, yaddaşı pozuldu

50319

“WikiLeaks”in qurucusu Culian Assanc 2019-cu ildən həbsdə olduğu Böyük Britaniyanın paytaxtı Londonun Belmarş həbsxanasında insult keçirib.

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Stella Morrisə məlumat verib.

Qadının sözlərinə görə, hadisə oktyabrın 27-də Assancın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı baş verib.

Hadisə “WikiLeaks”in qurucusunun səhhətinə pis təsir edib: onun sağ göz qapağı sallanıb, yaddaş problemi yaranıb, nevroloji zədələnmə əlamətləri var. Assanc beynin maqnit rezonans tomoqrafiyasından keçib və insulta aid dərman qəbul edir.

Böyük Britaniyanın Ədliyyə Nazirliyi xəbərə münasibət bildirməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO