Təqaüdün ilk günü: Merkel yenə işə çıxdı

Təqaüdün ilk günü: Merkel yenə işə çıxdı

Hazırda oxunan: Təqaüdün ilk günü: Merkel yenə işə çıxdı

0:00
0:00
50069

Almaniyanın keçmiş kansleri Angela Merkel hökumət başçısı vəzifəsini tərk etdikdən sonra kifayət qədər yatmaq niyyəti ilə bağlı açıqlamalarına baxmayaraq, təqaüdə çıxdığı ilk gün - səhər tezdən saat 08.20-də evi tərk edib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı keçmiş kansleri izləyən Bild tabloidi yazıb.

Mənbə qeyd edir ki, Merkel cümə axşamı Berlindəki mənzilindən çıxaraq Unter den Linden küçəsindəki yeni ofisinə gedib. Həmin vaxt küçədə tıxac olub.

Daha sonra keçmiş kansler mühafizəçi ilə birlikdə “Hit Ullrich” supermarketində alış-veriş edib.

Bundan əvvəl Merkel kansler postunu tərk etdikdən sonra çoxlu yatmaq niyyətində olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO