Tramp: Dünyanın məhvini dayandırmaq istəyirəm

Tramp: Dünyanın məhvini dayandırmaq istəyirəm

Hazırda oxunan: Tramp: Dünyanın məhvini dayandırmaq istəyirəm

4984

“Mən sadəcə dünyanın özünü məhv etməsini dayandırmaq istəyirəm!”

Bizim.Media-nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp tvitter hesabında yazıb.

O qeyd edib ki, ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi çox bürokratikdir və bir sıra vacib peyvəndlərin təsdiqlənməsini gecikdirib.

Prezident qurumu yaşlı və böyük tısbağa ilə müqayisə edib.

Tramp idarənin rəhbərinə peyvəndlərin indi təqdim edilməli olduğunu söyləyib:

“Dr. Han, oyun oynamağı dayandırın və insanların həyatını xilas etməyə başlayın!”

Tramp Co Baydenin rəhbərliyi altında Obama administrasiyasının “donuz qripi” ilə mübarizəsini isə fəlakət adlandırıb:

“İndi onlar gəlib “müasir tarixdəki ən böyük və ən sürətli tibbi möcüzələrdən” birinə nəzarəti ələ almaq istəyirlər. Mən belə düşünmürəm! Mən sadəcə dünyanın özünü məhv etməsini dayandırmaq istəyirəm!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO