Suriya ordusunun döyüş təyyarəsi Hələbdə müxaliflərin nəzarətində
olan Azəz bölgəsində bir məscidə vakuum bombası
atıb.
Moderator.az xəbər verir ki, hücum zamanı 5 nəfərin öldüyü, aralarında
uşaqların da olduğu 10 nəfərin isə yaralandığı, məscidin ətrafında olan 4
evin uçduğu, bir çoxunun ziyan gördüyü xəbər verilir.




































































































