Güney Azərbaycanda Kərbəla müsibəti

Güney Azərbaycanda Kərbəla müsibəti

Hazırda oxunan: Güney Azərbaycanda Kərbəla müsibəti

49275

Güney Azərbaycanın bir çox kənd və şəhəri içməli su qıtlığından əziyyət çəkir. Şərqi Azərbaycan vilayətinin (ostan) kəndlər üzrə su və kanalizasiya şirkətinin məsulu bildirib ki, Şərqi Azərbaycanda 346 kənd quraqlıq fəlakəti ilə üz-üzə qalıb.

Əli Səmədnejad Şərqi Azərbaycanın valisi və millət vəkillərinin keçirdiyi birgə iclasda əlavə edib ki, su azlığı səbəbindən 76 kəndə tankerlərlə su çatdırılır. O, 2713 kəndən 632 kənddə içməli su şəbəkəsinin olmadığını diqqətə çatdıraraq deyib: “Bu kəndlər arasında 138 kənddə 20 ailədən çox əhali yaşayır və hazırda 64 kəndə su xətləri çəkilir”.
Qeyd edək ki, hazırda Güney Azərbaycanın bir çox məntəqəsində yaşayış məntəqələri ilə yanaşı əkinçilər də suyun azlığından şikayətlənir. Buna əsas səbəb bölgədə yaşanan quraqlıq və dövlətin həmin məntəqələrin problemlərinə laqeyd münasibətidir.
GünAz TV xəbər verir ki, Ərdəbil vilayətində kənd əhalisi içməli suyun azlığından daha çox əziyyət çəkir. Ərdəbil vilayətinin su və kanalizasiya şirkətinin məsulu bildirib ki, bu vilayətinin kəndləri içməli suyun təmini ilə bağlı İranın orta hesabı ilə müqayisədə 13 faiz aşağıdır.  Möhsün Qənbəri Meşginşəhr kəndlərinin içməli su problemi ilə bağlı keçirilən iclasda bildirib ki, Bu problemlə yanaşı keçmiş 11 ildə quraqlığın davam etməsi əhalinin əsas su mənbəyi olan yeraltı sularının miqdarını da azaldıb. M.Qənbəri icra hakimiyyətinin yardımı ilə bu problemin aradan qaldırılacağına ümid etdiyini bildirib. Həmin iclasda icra hakimiyyətinin rəsmisi İbrahim İmami də kəndlərin su problemini dilə gətirib. O bildirib ki, hazırda Meşginşəhr kəndlərindən 50-də əhali içməli suyun az olmasında ciddi əziyyət çəkir.
Qeyd edək ki, keçmiş xəbərlərimizdə çatdırdığımız kimi Güney Azərbaycanın bir çox bölgəsində su problemi yaşanır. Hətta məsullar gələcəkdə bu vəziyyətin kəskinləşəcəyi ilə bağlıq ciddi xəbərdarlıq da ediblər. Urmu gölünün sürətlə qurumasının ardınca Azərbaycan vilayətlərində içməli su ilə bağlı yaşanan problemlər həmvətənlərimizin çox ciddi fəlakətlə üz-üzə qalması deməkdir. Bu mənada Azərbaycan Respublikasının da cənubdakı qardaş-bacılarımıza yardım əlinin uzatması zərurəti yaranıb.
Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO