"Twitter" şirkəti yeniden təşkil olunacaq.
Bizim.Media-nın "Washington Post" qəzetinə istinadən verdiyi məlumata görə, Korporasiyanın yeni rəhbəri Paraq Aqraval əməliyyat sərtliyinin yuxarıdan başlamalı olduğunu deyərək şöbələrin formalaşması prinsiplərini dəyişdirib.
Qeyd edilib ki, baş mühəndis Maykl Montano və baş konstruktor Dantli Devis şirkəti tərk edəcəklər.
P.Aqraval bu addımını qərarların aydın qəbul edilməsi, hesabatlılığın gücləndirilməsi və icranı sürətləndirmək istəyi ilə əlaqələndirib.
Qeyd edək ki, "Twitter"in qurucusu Cek Dorseyin istefasından sonra yerinə Paraq Aqraval gəlib. Bu isə şirkətin səhmlərində əvvəl yüksəlişə, sonradan isə kəskin enişə səbəb olub. Hazırda şirkətin dəyəri 20 faiz ucuzlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:21 / 04.12.2021
"Twitter" prinsiplərini dəyişir – Yeni rəhbərin ilk qərarı
Hazırda oxunan: "Twitter" prinsiplərini dəyişir – Yeni rəhbərin ilk qərarı
Hazırda oxunan: "Twitter" prinsiplərini dəyişir – Yeni rəhbərin ilk qərarı
49000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.